Futbol üzrə Portuqaliya millisinin və İspaniyanın “Real” klubunun sabiq müdafiəçisi Rikardo Karvalyo məşqçiliyə başlayıb.

Futbolinfo.az xəbər verir ki, 41 yaşlı keçmiş futbolçu Fransanın “Olimpik” (Marsel) klubunun baş məşqçisi Andre Villaş-Boaşın məşqçilər korpusunda yer alıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Portu”, “Çelsi”, “Real”, “Monako” kimi klublarda çıxış edən Karvalyo, 2018-ci ilin yanvarında futbolçu karyerasını bitirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp