İngiltərənin “Çelsi” klubu futbolçusu Ruben Loftus-Çikin müqaviləsinin müddətini artırıb.

Futbolinfo.az xəbər verir ki, “zadəganlar” 23 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Çelsi”nin yetirməsi olan Loftus-Çik, 2015-ci ildən əsas komandada çıxış edir. O, geridə qalan mövsümdə Premyer Liqada 24 oyuna çıxıb, 6 qola imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp