Növbəti mövsümə Türkiyədə hazırlaşan “Qəbələ”nin qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində qarşılaşacağı növbəti rəqib bəlli olub.

Futbolinfo.az xəbər verir ki, Sənan Qurbanovun çalışdırdığı kollektiv Ukraynanın “Vorskla” klubu ilə üz-üzə gələcək.

Bu barədə “Qəbələ”nin rəsmi saytı məlumat yayıb. Sözügedən rəqiblə oyun iyulun 11-də baş tutacaq.

Qeyd edək ki, “Qəbələ” Bolu toplanışının 4-cü günündə – bu gün Ukraynanın digər təmsilçisi “Mariupol”la qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp