Rusiyanın “Ufa” klubu Avstriya toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Turqay Möhbalıyevlə Azər Əliyevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Avstriyanın “Vakker” klubu ilə üz-üzə gəlib.

Qarşılaşma kifayət qədər məhsuldar alınıb. Bütövlükdə 10 qolun qeydə alındığı matçda Başqırdıstan təmsilçisi 9:1 hesablı qələbəyə sevinib.

Turqay da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Bununla da cəmi 2 gün əvvəl rəsmi müqaviləyə imza atan Möhbalıyev “Ufa”da debütünü gerçəkləşdirib. Azər isə əvvəlki oyunlardan fərqli, bu matçın iştirakçısı olmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp