Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 2019/20 mövsümünə start verilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Vladivostok “Luç”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:2.

Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

Əliyev komandasının bu qələbəsində böyük pay sahibi olub. Belə ki, gənc hücumçu bu matçda dubl edib. O, 13-cü dəqiqədə hesabı açıb, bundan 9 dəqiqə sonra isə özünün və komandasının 2-ci qoluna imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp