“Burada özümü çox yaxşı hiss edirəm. Avropa Liqasında oynamaq imkanı qazanacağım üçün xoşbəxtəm”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Speranta"nın yarımmüdafiəçisi Felipe Ponse Moldova mətbuatına açıqlamasında deyib. 

İyulun 11-də "ağ-qaralar"la "Zimbru" stadionunda keçirəcəkləri oyun haqda da danışan meksikalı futbolçu Azərbaycan təmsilçisi haqda məlumatsız olduğunu bildirib:

"Ümid edirəm ki, hər şey bizim üçün yaxşı olacaq. "Neftçi" haqda az məlumatım var. Yalnız bir neçə oyununun videosunu izləmişəm. Ümumiyyətlə, buna qədər "Neftçi" haqda heç nə eşitməmişdim. İnanıram ki, maraqlı oyun alınacaq".

Qeyd edək ki, "Neftçi" ilə "Speranta" arasında ilk oyun iyulun 11-də Moldovada olacaq və Bakı vaxtı ilə 21:00-da başlayacaq. Cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp