İspaniyanın “Barselona” klubu keçmiş qapıçısı Viktor Valdesi geri qaytarıb.

Futboolinfo.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

2017-ci ildə futbolçu karyerasını başa vuran keçmiş qapıçı, bundan sonra “Barselona”nın gənclərdən ibarət komandasında məşqçi kimi çalışacaq. 

Valdes 2002-2014-cü illər aralığında “Barselona”da oynayıb. O, yetirməsi olduğu klubdan ayrıldıqdan sonra “Mançester Yunayted”, “Standard” və “Midlsbro”da da forma geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp