ABŞ-da keçirilən KONKAKAF “Gold Cup” turnirinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, final matçında Meksika ilə ABŞ milliləri üz-üzə gəlib. 

Qarşılaşma Meksikanın minimal hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 76-cı dəqiqədə Conatan Dos Santos vurub.

Meksika millisi bununla da 8-ci dəfə KONKAKAF “Gold Cup” turnirinin qalibi olub.

KONKAKAF “Gold Cup”
Final

8 iyul

Meksika – ABŞ 1:0
Qol: 76, Dos Santos.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp