Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Partizani” klubu ilə səfər oyunu canlı yayımlanacaq.

Futbolinfo.az xəbər verir ki, azarkeşlər iyulun 10-da Tiranada baş tutacaq qarşılaşmaya televiziya vasitəsilə baxmaq imkanı qazanacaqlar.

Belə ki, "Selman Stermasi" stadionunda keçiriləcək matçı CBC Sport telekanalı canlı yayımlayacaq. Görüş Bakı vaxtı ilə 19:30-da start götürəcək.

"Qarabağ"dan fərqli, "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsində "Speranta" ilə səfər matçının canlı yayımlanma ehtimalı çox azdı. Əvəzində həmin gün (11 iyul) doğma meydanda Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşacaq “Səbail”in Avroliqadakı debüt matçı “CBC Sport”la canlı göstəriləcək. Bu oyuna saat 20:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp