“Bu, karyeramın ən vacib oyunu olacaq”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Speranta”nın müdafiəçisi Ambassa Fabris Moldova mətbuatına açıqlamasında deyib. Kamerunlu futbolçu iyulun 11-də Kişinyovda “ağ-qaralar”la keçirəcəkləri matçı böyük maraqla gözlədiyini deyib:

“İndiyə qədər heç vaxt avrokuboklarda oynamamışam. “Neftçi” ilə matçları səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, iyulun 11-də “Zimbru” stadionunda keçiriləcək “Speranta” – “Neftçi” oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq. Komandalar arasında cavab matçı isə 1 həftə sonra “Bakcell Arena”da olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp