“Qəbələ” növbəti mövsümə hazırlığını davam etdirir.

Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışının beşinci gününü arxada qoyub. 

Komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib. 

İyulun 7-də Ukraynanın “Mariupol” klubuna qarşı keçirilən yoxlama oyununa (2:1) start heyətində çıxan futbolçular bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə meydançada toplu və topsuz çalışmaları yerinə yetiriblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp