“Speranta” (Moldova) və “Neftçi” arasında keçiriləcək Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu canlı yayımlanacaq. 

Futbolinfo.az xəbər verir ki, iyulun 11-də Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək qarşılaşmanı “CBC Sport” telekanalı ekranlara gətirəcək. Bu barədə məlumatı telekenal yayıb.

Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Həmin gün “Səbail” və Rumıniyanın “Universitatya” (Krayova) komandaları arasında keçiriləcək görüş isə “CBC International” telekanalında canlı yayımlanacaq. Bayıl stadionundakı oyun saat 20:00-da başlayacaq.

"CBC Sport"un bu oyunu yayımlamasının mümkün olduğunu, sadəcə, özlərinə bir qədər əziyyət vermələrinin lazım olduğunu yazmışdıq. Şükür ki, tənqiddən, tövsiyədən nəticə çıxardılar.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp