Bakı şəhərində yerləşən “SABIS SUN” Beynəlxalq Məktəbində “Smart Future” yay düşərgəsi təşkil edilib. 

Futbolinfo.az xəbər verir ki, düşərgə “Parents Development Program”, “Family Tram”ın birgə təşkilatçılığı ilə həyata keçirilib.

Düşərgənin idman proqramı “Sabah” FK tərəfindən təşkil olunub. Klubun məşqçiləri düşərgədə yer alaraq, azyaşlılara futbolun incəlikləri barədə məlumat veriblər. Uşaqlara futbolla məşğul olmağın onlara həyatda çevik qərar vermə, həmçinin liderlik qabiliyyətinin və komanda ruhunun aşılanması kimi xüsusiyyətlərin qazandırılması istiqamətində oynayacağı rol izah edilib. Bundan əlavə, düşərgədə olan uşaqlar arasında əyləncəli futbol oyunları da təşkil olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp