Türkiyənin “Beşiktaş” klubu heyətinə almaniyalı futbolçu cəlb etməyə hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, azad agent olan Luis Holtbi “ağ-qaralar”la görüşmək üçün İstanbula gəlib. 

28 yaşlı futbolçu ilə keçiriləcək görüşlərdən sonra son qərarın açıqlanması gözlənilir.

Almaniya mətbuatı, “Beşiktaş”ın Levisə illik 1,8 milyon avro olmaqla, 2+1 illik müqavilə təklif etdiyini yazıb.

Son mövsümü “Hamburq”da keçirən yarımmüdafiəçi, iştirak etdiyi 31 oyunda 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp