“Universitatya Krayova”nın Avropa Liqasının I təsnifat mərhələsində “Səbail”lə keçirəcəyi oyunların iştirak ərizəsi müəyyənləşib. Azərbaycan təmsilçisi ilə görüşlərdə baş məşqçi Korneliu Papurenin ixtiyarında 27 futbolçu olacaq. Onlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 7-si yarımmüdafiəçi, 7-si isə hücumçudu.
 
Qapıçılar: Mirko Pilyaselli, Lorensiu Popesku, Andrey Marinesku
Müdafiəçilər: Nikuşor Banku, Stefan Akka, Florin Borça, Marius Briçaq, Tiaqo Ferreyra, Florin Qardoş, Raul Xrenyus, Renato Keliç, İvan Martiç, Ştefan Vledoyu
Yarımmüdafiəçilər: Aleks Çiçaldeu, Antoni İvanov, Aleksandru Mateu, Kamer Qaka, Marian Şerban, Boqdan Veteyelu, Vasile Konstantin
Hücumçular: Aleksandru İonite, Raul Bayku, Kristian Barbus, Karlos Fortes, Valentin Mixayla, Mixay Roman, Ştefan Bayaram.
 
Qeyd edək ki, sabah “ASCO Arena”da keçiriləcək “Səbail” – “Universitatya Krayova” oyunu saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü iyulun 18-də Krayovada baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp