​21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2021-in seçmə mərhələsindəki növbəti oyunlarının stadionu müəyyənləşib. Gənclərimiz qarşıdakı iki görüşü "Dalğa Arena"da keçirəcək. Belə ki, yığmamız sentyabrın 6-da Slovakiya, 10-da isə Gürcüstanı həmin məkanda qəbul edəcək.
 
Qeyd edək ki, millimiz seçmə mərhələnin ilk turunda səfərdə Lixtenşteynə məğlub olub – 0:1.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp