“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə Albaniyanda keçirəcəyi oyun yağışlı hava şəraitində baş tuta bilər.

Futbolinfo.az “Panorama Sport” portalına istinadən xəbər verir ki, meydan sahiblərinin dünən Tiranada baş tutan açıq məşqi zamanı yağış yağıb. Sinoptiklər bu gün də şimşək çaxacağını və yağış yağacağını proqnozlaşdırırlar. Temperatur isə müsbət 30 dərəcə təşkil edəcək.

Qeyd edək ki, paytaxtdakı “Selman Stermasi” stadionunda keçiriləcək “Partizani” – “Qarabağ” matçı yerli vaxtla saat 17:30-da, Bakı vaxtı ilə isə saat 19:30-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp