İtaliyalı müdafiəçi Daniele Bonera futbolçu karyerasını bitirib.

Futbolinfo.az xəbər verir ki, bu barədə müdafiəçinin son olaraq forma geyindiyi “Vilyarreal” klubunun rəsmi saytı məlumat yayıb. Bonera karyerasını bitirib və keçmiş klubu “Milan”a qayıdıb. O, “Milan”ın baş məşqçisi Marko Campaolonun məşqçilər korpusunda yer alacaq.

Karyerası ərzində “Breşiya”, “Parma” kimi komandalarda çıxış edən Bonera, 2006-2015-ci illər aralığında “Milan”ın uğurları üçün çalışıb. O, 2015-ci ildən “Vilyarreal”da idi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp