İspaniya millisinin sabiq üzvü Xabi Alonso məşqçiliyə başlayıb.

Futbolinfo.az xəbər verir ki, 37 yaşlı keçmiş yarımmüdafiəçi İspaniyanın  "Real Sosyedad" klubunda çalışacaq. 

Klubun rsəmi saytı Alonsonun B komandasının baş məşqçisi təyin edildiyini açıqlayıb.

Qeyd edək ki, 2017-ci ildə karyerasını bitirən Xabinin ilk klubu da "Real Sosyedad" olub.  O, daha sonra "Eybar", "Liverpul", "Real" və "Bavariya"da çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp