Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı paytaxt klubu yerli “Osmanlıspor”la üz-üzə gəlib.

1-ci liqa təmsilçisi ilə qarşılaşma “Bolu Koru Hotels Spa & Convention” otelinin stadionunda baş tutub. Tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər və meydanı heç-heçəylə tərk ediblər.

“Keşlə” ikinci yoxlama görüşünü avqustun 2-də “Çaykur Rizəspor”a qarşı keçirəcək.

Yoxlama oyunu
31 iyul

Keşlə – Osmanlıspor 0:0

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov, 2. İlkin Qırtımov, 5. Franko Flores, 23. Miyuşko Bojoviç, 25. Con Kamara, 17. Tural Bayramlı, 8. Sezar Meza Kolli, 11. Vüsal İsgəndərli, 14. Emin Mehdiyev, 10. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 65. Cabir Əmirli, 19. Azər Salahlı, 71. Emin Quliyev, 33. Tərlan Quliyev, 39. Pərviz Azadov
90. Orxan Fərəcov, 18. Ruslan Əmircanov, 80. R. Əbdi, 93. A. Kərimov.

Shares: