Türkiyənin “Girəsunspor” klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü ilə bağlı qərarını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, millimizin üzvü yeni mövsümdə də bu klubun uğurları üçün çalışacaq.
Bu barədə qərarı baş məşqçi Erkan Sözeri verib. O, klub rəhbərliyi ilə görüşdə 5 gənc futbolçunun komandada saxlanılmasının vacibliyini vurğulayıb. Sözerinin ixtiyarında görməkdə maraqlı olduğu oyunçulardan biri də Kökçüdü. Baş məşqçi yeni mövsümdə onlardan yararlanacağını bildirib.
Qeyd edək ki, Ozan Can Kökçü "Girəsunspor"a ötən il "Bursaspor"dan keçib.