İngiltərənin “Bornmut” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İngiltərənin digər klubu “Haddersfild”dən Filip Billinqi transfer edib.
Bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb. 23 yaşlı danimarkalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Sky Sports”un yazdığına görə, bu transfer “Bornmut”a 15 milyon funt-sterlinqə başa gəlib.
“Haddersfild”in yetirməsi olan yarımmüdafiəçi, 2014-cü ildən bu klubun əsas komandasında forma geyinirdi.