Futbol üzrə Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin qonağı olacaq "Arsenal" Rusiyanı tərk edib. 

Futbolinfo.az Tula klubunun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən komanda Bakıya yola düşüb.

Premyer Liqa təmsilçisi bu gün axşam saatlarında qarşılaşmanın keçiriləcəyi "Bakcell Arena"da oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, sabah keçiriləcək "Neftçi" – "Arsenal" görüşü saat 21:00-da başlayacaq. Komandalar arasındakı ilk matçda təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp