UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Qarabağ"la İrlandiyanın "Dandalk" klubu arasındakı cavab oyununda anşlaq olacaq.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun qol.az-a veridiyi məlumata görə, qiyməti 2, 5 və 10 manat olan standart biletlərin hamısı satılıb. Satışda yalnız az sayda VİP sektor üçün 50 manatlıq biletlər qalıb.

Qeyd edək ki, görüşün keçiriləcəyi "Dalğa Arena"  5700 nəfər  azarkeş tutumuna malikdir.

Xatırladaq ki, "Qarabağ"ın İrlandiya çempionu ilə görüşü saat 21:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp