Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emrelinin İspaniyanın “Malaqa” və “Ekstremadura” klublarının diqqət mərkəzində olduğunu xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, 22 yaşlı hücumçu “Ekstremadura” klubuna keçməyə daha çox yaxındı.
Bu barədə “grada3.com” saytı məlumat yayıb. Xəbərdə, “Ekstremadura”nın əvvəlcə seçiminin “Betis”dən Xuan Xose Narvaes olduğu, ancaq 24 yaşlı yarımmüdafiəçinin transferinin baş tutmaması səbəbindən, bütün diqqətlərin Mahirə çevrildiyi bildirilir.
“Ekstremadura” klubunun baş məşqçisi Manuel Moskeranın Mahiri xüsusilə istədiyi və komandanın hücum xəttinin sol cinahını ona tapşıracağı qeyd olunub.