Futbol üzrə Azərbaycan milli komandasının və Moskva “Dinamo”sunun hücumçusu Ramil Şeydayev karyerasını başa vurduğunu açıqlayan Aleksandr Səmədova dəstək verib.
Futbolinfo.az xəbər verir ki, 23 yaşlı forvard “Facebook” hesabında keçmiş komanda yoldaşına bundan sonrakı həyatında uğurlar arzulayıb:
"Bu gün peşəkar futbolçu karyerasını rəsmi olaraq sonlandırmış Aleksandr Səmədova gələcək fəaliyyətində uğurlar arzulayıram. Qısa da olsa, səninlə eyni komandada oynamaq çox xoş idi".
Qeyd edək ki, Şeydayev və Səmədov ötən mövsüm "Krılya Sovetov"da birlikdə oynayıblar.