Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, “sarı-qırmızılar” “Selta”nın futbolçusu Əmrə Mor üçün danışıqlara başlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2017-ci ildə Dortmund “Borussiya”sından “Selta”ya keçən Əmrə, son mövsümdə La Liqada 10 oyuna çıxıb. 22 yaşlı yarımmüdafiəçi 15 dəfə də Türkiyə millisinin şərəfini qoruyub.

Shares: