İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi “Barselona”dan ayrılan Kevin-Prins Boatenqi transfer edib.

Bu barədə Florensiya klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Qana millisinin üzvü müqavilə ilə İtaliyanın digər klubu “Sassuolo”ya məxsus olsa da, ötən mövsümün ikinci dövrəsini icarə əsasında "Barselona"da keçirib. 32 yaşlı forvardın “Sassuolo” ilə  də 2 illik müqaviləsi var idi.

Shares: