“Qarabağ” daha bir ciddi itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç sıradan çıxıb.

O, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiya çempionu “Dandalk”la qarşılaşmanın əvvəlində zədələnib. Matçın 24-cü dəqiqəsində rəqibin cərimə meydançasında topa zərbə vurmaq istəyən xorvatiyalı futbolçu irlandiyalı oyunçulardan biri ilə toqquşaraq dizindən ağır zədə alıb. Oyunu davam etdirə bilməyən yarımmüdafiəçini Dani Kintana əvəzləyib.

Qeyd edək ki, “Qarabağ” səfərdə 1:1 hesablı heç-heçəyə razılaşdığı bu rəqibə hazırda 1:0 hesabıyla qalib gəlir.

Shares: