Futbol üzrə Ukrayna çempionatında 2019/20 mövsümünə start verilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” da yeni mövsümdə ilk matçını keçirib.

Sözügedən klub doğma meydanda Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Futbolçumuzun komandası dörd qolun qeydə alındığı qarşılaşmada son Ukrayna çempionuna məğlub olub – 1:3.

Pavel də bu bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp