“Təlim-məşq toplanışı zamanı eyni cədvəllə və hazırda Bakıda olan eyni hava şəraitində yoxlama görüşləri keçirdik”.

Futbolinfo.az xəbər verir ki, bunu "Arsenal"ın futbolçusu Maksim Belyayev deyib. Tulalılar Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün "Neftçi"nin qonağı olacaq. Oyunla bağlı qısa açıqlama verən müdafiəçi isti havanın matça təsir etməyəcəyini düşünür: 

"Əvvəlcədən belə cədvəldə oynayacağımızı bildiyimiz üçün buna hazırlıq görmüşük. Bu üzdən şəxsən mənim üçün heç bir problemi yoxdu. Belə havada oynamağa hazırıq".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq. Tuladakı ilk qarşılaşmada "Neftçi" 1:0 hesablı qələbə qazanıb.

Shares: