Futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, ötən gecə həmçinin Avropa Liqasında da bir oyun keçirilib.

Dünənki görüşlərdən sonra UEFA reytinqində heç bir dəyişiklik olmayıb. Sadəcə, bəzi ölkələr xal hesablarını artırıblar. Onlardan biri də Azərbaycandı. Çempionlar Liqasında “Dandalk” üzərində 3:0 hesablı qələbə qazanan “Qarabağ” aktivimizə 0,250 xal əlavə edib.

Bununla cari mövsümün ümumi qazancı 1,500-ə çatıb. Qazanılan bu xalın yarısı “Qarabağ”ın, yarısı “Neftçi”nın payına düşür. Hazırda 26-cı pillədə qərarlaşan Azərbaycanın hesabında bütövlükdə 16.875 xal var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp