“Qarabağ”ın Çempionlar Liqasının (ÇL) pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsini keçəcəyi təqdirdə, səpələnməmişlər sırasında qərarlaşacaq.
Belə ki, Ağdam təmsilçisi Kipr APOEL-ini üstələyərsə, qrup mərhələsinin astanasında daha güclü komanda ilə üz-üzə gələcək.
Qurban Qurbanovun yetirmələrinin potensial rəqibləri ÇFR (Rumıniya) – “Seltik” (Şotlandiya), PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya), ”Dinamo” (Xorvatiya) – “Ferentsvaroş” (Macarstan) və “Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) cütlərinin qalibləri olacaq.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin püşkü avqustun 5-də atılacaq.