AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Uels millisi ciddi itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi Devid Bruks uzun müddətə sıradan çıxıb.

"Bornmut"un futbolçusu "Brendfort"la (3:1) yoxlama görüşündə topuq nahiyəsindən xəsarət alıb. Həkim müayinəsindən sonra zədənin ciddi olduğu aşkarlanıb. 22 yaşlı pleymeyker gələn həftə əməliyyat olunacaq və sağalma prosesi təxminən 3 ay çəkəcək. Bu isə o deməkdi ki, Bruks Premyer Liqanın ilk turları ilə yanaşı, millinin qarşıdakı matçlarını da buraxacaq.

Gənc futbolçu konkret olaraq Azərbaycan, Slovakiya və Xorvatiya ilə matçları buraxacaq. Sentyabrın 6-da millimizi qəbul edəcək britaniyalılar oktyabrın 10-da Slovakiyanın qonağı olacaq, 13-də isə Xorvatiya ilə doğma meydanında üz-üzə gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp