“Neftçi”nin idman direktoru Ceyhun Sultanov Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Arsenal”la (Rusiya) cavab oyunu ilə bağlı fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, Rusiyanın “İzvestiya” nəşrinə açıqlama verən Sultanov, axşam keçiriləcək oyun haqda bunları deyib:

“Tulada uğurlu nəticə qazandıq. Ancaq heç bir halda rahat ola bilmərik. Bizi olduqca çətin bir oyun gözləyir. “Arsenal” yaxşı hücum edə biləcək komandadır. Azərkeşlərimizlə oynayacağıq və növbəti mərhələyə yüksəlmək üçün çalışacağıq”.

“Neftçi” – “Arsenal” matçı bu gün, saat 21:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “ağ-qaralar” minimal hesablı qələbə qazanıb – 1:0.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp