“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat məhələsində Kiprin APOEL klubuna qarşı keçirəcəyi oyunların başlama saatı və məkanı məlum olub.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nikosiyada keçiriləcək ilk oyun avqustun 6-da baş tutacaq. GSP stadionunda keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Bu komandalar arasındakı cavab matçı isə avqustun 13-də Bakıda olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək həmin oyuna saat 20:30-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp