Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-lə "Qarabağ" arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb. Bu barədə məlumatı Kipr klubu rəsmi saytı vasitəsilə yayıb.
 
Bugündən satışa çıxarılan biletlərin qiymətləri tribunalara görə 1, 5, 7, 10 və 15 avro arasında dəyişir. Biletlər yalnız 14 yaşdan yuxarı şəxslərə satılır. Azarkeşlər biletləri həm onlayn şəkildə, həm də kassalardan əldə edə bilərlər.
 
Qeyd edək ki, APOEL – "Qarabağ" matçı avqustun 6-da Nikosiyadakı QSP stadionunda keçiriləcək. Cavab matçı isə ağdamlılar üçün doğmalaşan Respublika stadionunda baş tutacaq. “Qarabağ” bu mövsüm evdə keçirdiyi ilk iki matçı Mərdəkandakı “Dalğa Arena”da oynamışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp