“Səbail”in Küveytin “Əl Samiyə” klubu ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi, vaxtı və stadionu texniki səbəbdən dəyişdirilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Oyun əvvəlcədən xəbər verildiyi kimi, avqustun 1-də deyil, sabah – avqustun 2-də, Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 17:30-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp