İtaliyanın “Kalyari” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi Uruqvay yığmasının yarımmüdafiəçisi Nahitan Nandesi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinanın “Boka Xuniors” klubundan transfer olunnan 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
İtaliya mətbuatının yazdığına görə, bu transfer “Kalyari”yə 18 milyon avroya başa gəlib.
“Penyarol”un yetirməsi olan Nandes, 2017-ci ildən “Boka Xuniors”da çıxış edirdi. Nahitan 2015-ci ildən formasını geyindiyi Uruqvay millisində 27 oyuna çıxıb.