Türkiyənin “Beşiktaş” klubu növbəti transferini reallaşdırıb.

Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Genqam” klubunun sol cinah müdaifəçisi Pedro Reboşonu icarəyə götürüb. 

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı futbolçu satın alma şərti ilə 1 illik “Beşiktaş”a icarəyə verilib.

Hələlik, Türkiyə təmsilçisi bu keçidi rəsmən açıqlamayıb. 25 yaşlı müdafiəçi tezliklə İstanbula gəlib tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq.

“Benfika”nın yetirməsi olan Reboşo bir müddət “Moreyrense”də də çıxış edib. Portuqaliyalı futbolçu 2017-ci ildən “Genqam”da çıxış edirdi. Fransa klubu onu 550 min avroya transfer edib. Pedro ötən mövsüm bu komandada 36 oyuna 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: