Türkiyənin “Trabzonspor” klubu Azərbaycan millisinin sabiq futbolçusu Murat Cem Akpınarı icarəyə verib.
Futbolinfo.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi bir il ərzində ölkənin səviyyəcə üçüncü liqasında mübarizə aparan "Hekimoğlu Trabzon"da çıxış edəcək.
Qeyd edək ki, Murat Cem Akpınar daha öncə Azərbaycan və Türkiyənin əsas yığmaları arasında seçim etmədiyini bildirib. Yarımmüdafiəçi Azərbaycanın U-17 yığmasında çıxış edib. Milliyə 2016-cı ildə Təbriz Həsənovun baş məşqçi olduğu vaxt dəvət alan futbolçu 13 oyuna 2 qol vurub.
“Trabzonspor”un aşağı yaş qruplarından ibarət komandasında yetişən oyunçu 2018/19 mövsümündə Türkiyə Super Liqasında 6 oyuna 1 qolla yadda qalıb.