Türkiyənin “Beşiktaş” klubu müdafiəçisi Nikolas İsimat Mirini icarəyə verib.
Futbolinfo.az xəbər verir ki, fransalı mərkəz müdafiəçisi ölkəsinin “Amyen” klubuna icarəyə göndərilib.
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Mirin qarşıdakı iki ili Liqa 1 təmsilçisində keçirəcək.
“Beşiktaş” 28 yaşlı müdafiəçini ötən mövsümün qış fasiləsində PSV-dən transfer etmişdi. Türkiyə klubunun ötən gecə Yunanıstan “Panatiaikos”una qarşı keçirdiyi yoxlama matçında (2:2) 90 dəqiqə meydanda olan Mirin, ötən mövsüm “qara qartallar”la 14 oyuna çıxıb.
“Beşiktaş” bu yay Adriano, Sindzi Kaqava, Mustafa Pektemek, Tolqa Zengin, Gökhan Töre və Kayl Larinlə də yollarını ayrımışdı.