“Qalatasaray” klubunun baş məşqçisi Fatih Terimin köməkçisi Hasan Şaş istefa verib. Bu barədə Şaş, rəsmi “instagram” hesabından məlumat yayıb.
Hasan Şaş 2018-ci ildən “Qalatasaray”da köməkçi məşqçi vəzifəsində çalışırdı. Onun niyə belə addım atdığı bəlli deyil.