Gənclərdən ibarət millimizin üzvü Fərid Nəbiyev Çexiyada növbəti qolunu vurub. 20 yaşlı futbolçunun çıxış etdiyi “Slaviya B” komandası gənclər liqasının 2-ci turunda “Vltavin”i qəbul edib. Praqa təmsilçisinin 4:1 hesabı ilə qalib gəldiyi oyunda Fərid əsas heyətdə yer alıb və 87-ci dəqiqədə əvəzlənib. O, 58-ci dəqiqədə komandasının sonuncu – dördüncü qolunu vurub. Bu, millimizin üzvünün yeni mövsümdə ilk qolu olub.
 
Bu qələbədən sonra xalını 6-ya çatdıran “Sparta B” turnir cədvəlində liderliyə yüksəlib.
Shares: