“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, səfərdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Mövsümə məğlubiyyətlə başlamağımız heç də yaxşı olmadı. Bu gün iki fərqli hissə izlədik. İkinci hissə ilə müqayisədə ilk yarıda daha yaxşı oynadıq. İkinci hissənin əvvəlində səhvlərimiz oldu. Bununla da üstünlüyü rəqibə verdik. Matçın taleyini də penalti həll etdi. Penalti epizoduna gəlincə, top birinci "Səbail"in futbolçusu Mirabdulla Abbasovun, sonra Şafik Tiqrudjanın əlinə dəydi. Təəssüf ki, referi belə qərar qəbul etdi. Hər iki komandanın qol şansları oldu. Bizim də rəqibin də dirəkdən dönən topları oldu. Özümüz özümüzə problem yaratdıq. Kapitan Cavid Hüseynovu oyuna yeni qan gətirmək üçün əvəzlədim".
Abasov deyib ki, növəti həftələrdə daha yaxşı oynamağa çalışacaqlar: "Bəzi futbolçular çatdırmırdı. Kanallar qarışmışdı. Bizdən gözləntilər çoxdu. Ümidləri doğrultmağa çalışacağıq".