Premyer Liqanın ilk turu çərçivəsində keçirilən “Səbail” – “Zirə” matçından (1:0) sonra “ASCO Arena”da insident baş verib. 

Futbolinfo.az xəbər verir ki, hadisə media mənsubları üçün nəzərdə tutulan “Mix zona”da yaşanıb.

Azarkeşlərdən birinin bura daxil olmasını görən polis əməkdaşları onu uzaqlaşdırmağa cəhd göstərib.

Bu zaman əsəbləşən fanat yumruq zərbələriylə qapının şüşələrini qıraraq yerə töküb. Asayiş keşikçiləri fanatı saxlayıblar. 

Shares: