İspaniya La Liqasında 2019/20 mövsümünə start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk turun son oyun günündə 4 qarşılaşma baş tutub.
Son mövsümün gümüş medalçısı “Atletiko” doğma azarkeşləri qarşısında “Xetafe”ni sınağa çəkib və minimal hesabla qalib gəlib. “Sevilya” da səfərdə “Espanyol”dan üstün olub.
İspaniya La Liqası
1-ci tur
16 avqust
Atletik – Barselona 1:0
Qol: Aduris, 88.
17 avqust
Selta – Real 1:3
Qol: Losada, 90+1 – Benzema, 12. Kroos, 61. Lukas, 80.
Valensiya – Real Sosyedad 1:1
Qol: Qameyro, 58 – Oyarzabal, 90+11-pen.
Malyorka – Eybar 2:1
Qol: Rodriqes, 4. Oliveyra, 75-avtoqol. Oliveyra, 57.
Leqanes – Osasuna 0:1
Qol: Avila, 75
Vilyarreal – Qranada 4:4
Qol: Kazorla, 35-pen. Qomes, 53. Moreno, 65. Çukvuze, 73 – Viko, 45+6-pen. Makis, 62. Soldado, 75. Puertas, 81.
18 avqust
Alaves – Levante 1:0
Qol: Xoselu, 54.
Espanyol – Sevilya 0:2
Qol: Requylon, 44. Nolito, 86.
Betis – Valyadolid 1:2
Qol: Loren, 68 – Qvardiola, 63. Plano, 89.
Atletiko – Xetafe 1:0
Qol: Morata, 23.