“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

– Çempionatın ilk oyunu idi. Çox çətin oldu. Uşaqlarda həyəcan da var idi. Rəqibin “Neftçi” olması da buna təsir etdi. Hər iki komanda qələbə qazana bilərdi. Bu baxımdan 1:1-i ədalətli saymaq olar.

– Cavid İmamverdiyevin ötürmələrinin yarıdan çoxu ünvana çatmırdı. Bu, fərdi hazırlıqla bağlı idi?
– Deməzdim ki, hazırlığı yerində deyil. Bəlkə də, həyəcanla bağlı idi. Cavid topu ayağında saxlaya bilən oyunçudu.

– Qol vəziyyətinə görə üstünlük sizdə idi. Növbəti oyunlarda qol vurmaqla bağlı problemin həlli yolunu bilirsinizmi?
– Bəli, bilirəm.

– Bu heyət avrokubok üçün yetərlidimi?
– İnşallah, bu heyətlə qarşıya qoyulan hədəfə çatarıq. Bəli, Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Çempionatda 3-cü yerlə və ya kuboku qazanaraq avrokuboka getmək istəyərdik. (matc.az)

Shares: