Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda paytaxtın digər təmsilçisi ÇSKA ilə üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Ayaz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Spartak” 6 turdan sonra 11 xalla 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.