“Sabah”ın futbolçusu Hendrik Eksteyn Azərbaycan Premyer Liqasının ilk turunda “Neftçi” ilə 1:1 hesablı heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb. Cənubi afrikalı yarımmüdafiəçi əvvəlcə oyunla bağlı danışıb.
– Həmişə üç xal haqqında düşünürük. Çətin görüş oldu, “Neftçi” güclü rəqibdir. Bir xal götürmək normal nəticə sayılmalıdır.
– İki topunuz dirəkdən döndü. Hesabı ədalətli sayırsınız?
– Deyə bilərəm ki, hərdən belə olur, qol şansları yaradırsan, amma dirək və tir buna mane olur. Bu, bəxtsizlikdir. 1:1 hesabı pis nəticə deyil.
– “Sabah” çempionluğa oynaya bilər?
– Məncə, biz Avroliqanı düşünə bilərik. Təbii ki, hər oyunda şanslardan yaxşı istifadə etsək, çempionluğa da oynaya bilərik.
– “Kayzer Çifs” kimi məşhur klubdan “Sabah”a niyə gəlmisiniz?
– Hər dəfə məkanı dəyişmək gözəldir, indi Azərbaycandayam. Mənə də maraqlı gəlir. Yeni macəradır.
– Adınız daha əvvəl “Qarabağ”la da hallanıb. Bu söhbətlər həqiqət idi?
– “Qarabağ”dan yox, “Səbail”dən maraqlanıb, təklif göndərmişdilər.
– “Səbail”in təklifini niyə qəbul etmədiniz?
– Qorxdum, bilmirdim hara və niyə gedirəm. “Sabah”dan təklif alandan sonra isə “Qarabağ”ın keçmiş hücumçusu Dino Ndlovudan məlumat aldım. Azərbaycanı çox təriflədi. Qərara gəldim ki, “Sabah”a keçməliyəm.
– Azərbaycanda oynaya-oynaya Cənubi Afrika Respublikasının milli komandasına dəvət almaq mümkündür?
– Məncə, onlardan zəng ala bilərəm. Çünki xaricdə oynayanlarla maraqlanırlar. Buranın çempionatı kifayət qədər normal səviyyədədir. Niyə də yox?! Mən ümidliyəm ki, dəvət gələcək.